Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

Eynulla Fətullayevin azadlığa buraxılması tələbilə aclıq aksiyası keçiriləcək


Aprelin 20-də “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbsinin 4, ondan iki gün sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinin ona bəraət verməsinin 1 ili tamam olur.

Bu münasibətlə jurnalistlər, hüquq müdafiəçiləri və ictimai fəallardan ibarət 20 nəfərlik qrup aprelin 20-də birgünlük aclıq aksiyası keçirmək qərarına gəlib.

Jurnalist Şahvələd Çobanoğlu Turana bildirib ki, məqsəd Eynulla Fətullayevin durumuna diqqəti çəkmək, onun azadlığını tələb etməkdir.

Eynulla Fətullayevə azadlıq tələblərini ifadə etmək üçün Facebook sosial şəbəkəsində səhifə də yaradılıb.
XS
SM
MD
LG