Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

Naxçıvan sakini özünü 15-ci mərtəbədən atıb


Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Naxçıvan sakini, 1980-ci il təvəllüdlü Hüseynov Qəzənfər Hüseyn oğlu Ağa Nemətulla, 79 ünvanındakı 17 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindən özünü atıb və yerindəcə keçinib.

Qəzənfər Hüseynovun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində işlədiyi bildirilir.

Hələlik intiharın səbəbləri bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG