Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:43

«Sahibkarların vergilər, gömrük haqqında şəffaf qaydalara ehtiyacı var»


Aprelin 13-də ATƏT-in Bakı Ofisi, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi ilə birgə sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.

Tədbirin məqsədi sahibkarların biznes fəaliyyətlərinin daha səmərəli idarə edilməsinə köməklik göstərmək, bu sahədə aparılan islahatların prioritetlərini müəyyənləşdirməkdir.

Bu barədə ATƏT-in Bakı ofisinin yaydığı məlumatda deyilir.

Tədbiri giriş sözü ilə açan ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri Yan Olsson bildirib ki, «biznes fəaliyyətlərini inkişaf etdirmək və qeyri-neft sektorunda iş yerlərinin açılmasına töhfə vermək üçün sahibkarların vergilər, əmək və gömrük haqqında şəffaf və təxmin edilə bilən qaydalara ehtiyacı var. Bu forumu dəstəkləməklə biz biznes və investisiya mühitindəki maneələrin sayının azalmağına, eləcə də kiçik və orta ölçülü sahibkarların ədliyyə imkanlarının artırılması yolları haqqında sahibkarlar və icra qurumları arasında dialoqun daha da inkişafına ümid edirik».

Günün bütün mövzuları

XS
SM
MD
LG