Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:10

Cabbar Savalan universitetdən xaric edilib


Barəsində həbs-qətimkan tədbiri seçilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı təhsil aldığı Sumqayıt Dövlət Universitetindən (SDU) xaric edilib. Bu barədə C.Savalanlının təhsil aldığı SDU-nun Tarix fakültəsinin dekanı Adil Baxşəliyev məlumat verib. O, C. Savalanlının fevral ayının əvvəlindən etibarən dərslərə gəlmədiyini, bu səbəbdən də SDU-nun tələbələr sırasından xaric edildiyini deyib: «O, bir ay müddətində dərsə gəlmədiyindən belə bir əmr verildi»

C. Savalanlının vəkili Anar Qasımov isə açıqlamasında məsələdən xəbərsiz olduğunu deyib. O, C. Savalanlı ilə bağlı növbəti məhkəmə prosesinin aprelin 15-i saat 12.00-da keçiriləcəyini bildirib.

Sumqayıt Dövlət Universiteti tarix fakültəsinin II kurs tələbəsi və AXCP Gənclər Komitəsinin üzvü olan C. Savalanlı bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Fevralın 7-də isə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib və 3 saylı İstintaq Təcridxanasına köçürülüb. //APA
XS
SM
MD
LG