Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:08

Ərdoğan AŞPA-da Dağlıq Qarabağdan danışıb


“ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmalıdırlar.
Onlar nə vaxt bu problemin həllini tapsalar, onda biz də Ermənistanla sərhəd məsələsinin həllini tapa bilərik”.

APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan AŞPA-nın sessiyasında çıxışından sonra Ermənistan nümayəndə heyətinin üzvü Armen Rüstəmyanın sualına cavabında deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə həmişə ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olmağa çağırıb və əgər onlar öz öhtəliklərini yerinə yetirməsələr hər şey çətin olacaq.

Ərdoğan deyib ki, sərhədlərin açılması ayrı bir məsələdir və Türkiyə burda Azərbaycanın da maraqlarını qoruyur.

Türkiyədəki erməni əhalinin hüquqlarının qorunmasına gəldikdə isə bu, bizim qarşımızda duran əsas öhdəliklərdən biridir və bu öhdəliyə sədiqik”.-deyə baş nazir vurğulayıb.
XS
SM
MD
LG