Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:46

«Mən niyə ölməliyəm»


Dövlət qayğısızlığından şikayət edən 42 yaşlı Samirə Şirinova 33 ildir yataq xəstəsidir
Dövlət qayğısızlığından şikayət edən 42 yaşlı Samirə Şirinova 33 ildir yataq xəstəsidir
«Dövlətim Yaponiyaya milyonlarla məbləğdə yardım edir. Amma bir əlilin problemini həll etməyə acizdir. Dövlət mənə 55 manatdan başqa heç nə verə bilmir. Mən neft ölkəsində yaşayıram, zəngin bir ölkənin vətəndaşıyam. Mən niyə ölməliyəm. Bu yaxınlarda telekanallarda baxıram ki, sahibsiz itlərlə bağlı kampaniya keçirirlər, sahibsiz itlərə sahib çıxırlar, bunlar mənə niyə yoxdur».

Dövlət qayğısızlığından şikayət edən 42 yaşlı Samirə Şirinova 33 ildir yataq xəstəsidir. 22 saylı yataqxananın 5-ci mərtəbəsində şəraitsiz balaca otaqda yaşamaq onu neçə ildir ətraf mühitdən məhrum edib.

GÜMAN GƏLƏN YERDƏN UMAN ƏLİL

S. Şirinova gümanı gələn bütün yerlərə müraciət etdiyini söyləyir. Bu günə kimi onun bu vəziyyəti ilə bir çox qurumların, dövlət adamlarının xəbəri olduğunu, amma heç kimdən yardım almadığını deyir. Əlil qadın Cəbrayıl rayon İcra Hakimiyyəti rəhbərliyindən tutmuş Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilmiş Astan Şahverdiyevə qədər hamıdan incikdir. Samirə Şirinova:

«Cəbrayılın icra başçısı gəldi yanıma, dedi ki, sənə köməklik edə bilməyəcəm, elə imkanım yoxdur. Ombudsmana yazdığım məktub cavabsız qaldı. Suraxanının İcra Hakimiyyətinə yazdığım məktuba da cavab gəlmədi. Suraxanının deputatı Sevinc xanım gəldi, baxdı, getdi. Deputatımız Astan Şahverdiyevin köməkçisi də gəldi, söz verdi ki, bu qış yuyunacaqsan da, havaya da çıxacaqsan, vəsait toplayacağıq hesabına, istədiyin şəraiti qurub yaradacağıq sənə. Söz verdi, getdi, 5 ay keçir üstündən».

DEPUTAT ƏLİLİ PROKURORLUQLA HƏDƏLƏDİ

Deputat Astan Şahverdiyev isə deyir ki, S. Şirinovaya Abşeron yarımadası tərəflərdə mənzil təklifi irəli sürsə də, əlil qadın ona yalnız Hövsan ərazisində mənzil verilməsini istəyib. Fikirləri üst-üstə düşmədiyindən deputat əlilə əl tutmaq fikrindən vaz keçib. A. Şahverdiyev belə deyir:

köçkünlərin evlə təminatı növbəli şəkildə həyata keçirilir.
«Samirə xanım məndən ya hesabına 30 min manat köçürməyimi, ya da Hövsan qəsəbəsində ona bir otaqlı ev almağımı istəyir. Maaşla dolanan adamam, mən onun hesabına 30 min manat pul keçirdə bilərəm? Bu Samirə məsələsini qurtarın. Samirə xanımın ambisiyası o qədər böyükdür ki. O, yataq xəstəsidir, bilirəm. Ancaq mənim qardaşım 3, arvadı isə 5 ildir ki, iflicdir, Şirvanda «pioner lagerdə» qalırlar. Eləyə bilsəm elə onlara kömək edərəm. Samirə xanıma da deyin məni məcbur eləməsin ki, onu «prokuraturaya» verim».

«QAÇQINKOM»DAN DA ƏLİLƏ ÜMİDLİ XƏBƏR GƏLMƏDİ

«Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov deyir ki, köçkünlərin evlə təminatı növbəli şəkildə həyata keçirilir. Hazırda dövlət Təhsil Nazirliyinin balansındakı yataqxanalarda məskunlaşmış köçkünlərə ev tikir. Samirə Şirinovanın məskunlaşdığı yataqxana Bakı Kanalizasiya İstismarı İdarəsinin balansındadır. Həmin idarənin balansındakı yataqxanalarda məskunlaşan köçkünlərə hələ yaxın 4-5 ildə mənzil verilməsi nəzərdə tutulmayıb. Sənan Hüseynov:

«Köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması dövlət proqramına uyğun olaraq tənzimlənir. Hazırda Ağcabədidə 5-mərtəbəli, 552 ailəlik 10 bina, Mingəçevirdə də 5-mərtəbəli, 502 ailəlik 10 bina tikilir. Bundan sonra Goranboyda 5-mərtəbəli 9 bina tikiləcək və Bakı Dövlət Universitetinin yataqxanası köçürüləcək. Yataqxanalar mərhələli şəkildə köçürülür. İlkin olaraq təhsil müəssisələrinin yataqxanalarından başlanacaq».

S. Hüseynov deyir ki, digər yataqxanaların, o cümlədən Samirə Şirinovanın məskunlaşdığı Bakı Kanalizasiya İstismarı İdarəsinin balansındakı 22 saylı yataqxananın köçürülməsi məsələsinə 2015-ci ildən sonra baxılacaq.

S. Şirinova yaşadığı balaca otağını özünün mənəvi həbsxanası hesab etsə də, ümidini itirmir.

Buna da bax:

XS
SM
MD
LG