Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:26

Həmsədrlər qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun ailəsində olublar


Aprelin 13-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Ağdam rayonunun Orta Qərvənd kəndində erməni snayperi tərəfindən qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun ailəsində olublar.

Həmsədrlər martın 8-də qətlə yetirilən Farizin valideynləri ilə görüşüb, onun vurulduğu yerə baxış keçiriblər. Daha sonra diplomatlar Orta Qərvənddən keçən təmas xəttinə baxıblar.

ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 11-dən regionda səfərdədir. Ermənistanda danışıqlar aparan həmsədrlər aprelin 12-də separatçı Dağlıq Qarabağ rejiminin rəhbərliyi ilə görüşüblər. Aprelin 13-də isə vasitəçilər Ağdam istiqamətində qoşunların təmas xəttini keçərək Bakıya gələcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG