Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:07

«Qəbələ» klubu büdcəsinə görə ilk 4-5 klubdan biri olacaq


««Qəbələ» futbol klubu növbəti çempionatda böyük uğurlar qazanmağa iddialıdır».

Bunu «Qəbələ» klubunun ingilis baş məşqçisi Toni Adams bildirib:

«İlk vaxtlar biz əsasən klubun formalaşması və dirçəlməsi istiqamətində fəaliyyət göstərirdik. Növbəti çempionatdan etibarən isə qarşımıza konkret məqsədlər qoymuşuq. Klub kifayət qədər inkişaf edib. Bundan sonra konkret uğurlar barədə düşünmək lazımdır».

Baş məşqçi «Qəbələ» klubundakı gənc futbolçulardan da danışıb:

«Biz gənc futbolçulara şans verməyi düşünürük. Klubun əvəzedici heyətində kifayət qədər güclü oyunçular var, lakin onlar gənc olduğundan, Premyer Liqada oynamağa fiziki və psixoloji cəhətdən hazır deyillər. Bir müddət sonra həmin futbolçular əsas heyətdə oynayacaqlar».

Komandanın növbəti çempionat üçün nəzərdə tutulan büdcəsindən danışarkən Adams bildirib ki, «Qəbələ» növbəti mövsümdə öz büdcəsinin həcminə görə ölkənin ilk dörd və ya beş klubundan biri olacaq. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG