Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:42

Vatikan uşaqbaz yepiskopu Belçikadan sürgün edib


Vatikanda Roma Papası qəbuluna gələn uşaqla görüşür

Vatikanda Roma Papası qəbuluna gələn uşaqla görüşür

Rocer Vangelyuv mənəvi və psixi müalicə almaq üçün ölkədən çıxıb

Belçikada öz qohumuna cinsi təcavüzünü etiraf edən keçmiş yepiskop mənəvi və psixi müalicə almaq üçün ölkəni tərk edib. Bu haqda Vatikanın ölkədəki səfiri Giasinto Berloko (Giacinto Berloco) məlumat verib.

Bryuqqenin keçmiş yepiskopu, 74 yaşlı Rocer Vangelyuv (Roger Vangheluwe) ötən ilin aprelində öz qohumunun oğluna təcavüz etdiyini açıqca etiraf etmişdi. O, yepiskop olmazdan əvvəl, həm də sonra yaxın ətrafındakı oğlana təcavüz etdiyini demişdi. Onun etirafı həm yerli ictimaiyyəti, həm də Belçika Kilsəsini şoka salmışdı.

Kilsədən istefa verəndən sonra Vangelyuv Belçikadakı monastrlardan birində qalırdı. Amma sonradan onun monastrı tərk etdiyi bəlli olub. Uşaqbazlıqda ititham olunan yepikopun hazırda harda olması barədə məlumat verilmir.

Ötən həftə Belçikanın “Het Laatste Nieuws” qəzeti yazıb ki, eks yepiskop Vatikan səfirliyində gizlənir və bununla da qanunla onu gözləyən cəzadan yayınmağa cəhd göstərir. Bu məsələyə aydınlıq gətirən arxiyepiskop Giasinto Berloko məlumatın yanlış olduğunu bildirib.

Arxiyepiskop Giasinto Berloko (Giacinto Berloco) mətbuata açıqlamasında bildirib ki, Vatikan bu hadisəni araşdırandan sonra həmin yepiskopun müalicə üçün xaricə göndərilməsi, ölkədən çıxarılması haqda qərar çıxarıb. Amma arxiyepiskop bu adamın hara göndərildiyini açıqlamayıb.

“Yepiskop Vanqelyuv artıq bu qərarı icra etmək üçün Belçikanı tərk edib” deyə Berloko bildirib.

Vangelyuv ötən iki il ərzində Avropada uşaqbazlıqda ittiham olunan keşişlər arasında öz günahını etiraf edən yeganə katolik ruhani olub. İrlandiyada istefaya gedən digər yepiskoplar bu halları gizlətməkdə ittiham olunurdular.


Bryuqqenin prokuroru isə ”Reuters” agentliyinə verdiyi müsahibədə bildirib ki, Vangelyuvun təcavüzü iddia müddəti bitmiş cinayət sayılır.

Amma prokuror keçmiş yepiskopun digər ittihamlar üzrə məhkəməyə cəlb olunmaq ehtimalını açıq saxlayıb və bu ayın sonunda məsələ ilə bağlı daha çox məlumat verəcəyini bildirib.

Eks-yepiskop vəzifəsindən sui-istifadədə birbaşa ittiham olunmadığına görə, qanun onun Romada qalmasına imkan verir. Onun törətdiyi cinayət çoxdan baş verdiyinə görə, qanuna əsasən bu hadisə ilə əlaqədar iddia müddəti bitmiş sayılır. Vangelyuvun etirafından sonra uzun müddət Belçikada qalması çoxlarının etirazına səbəb olmuşdu. Əgər Belçika onun verilməsini təkid etməsə, Valgelyuvun Romada monastırlardan birinə salınacağı güman edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG