Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:26

Gəncə Alüminium Zavodu bu ilin yayında işə başlayacaq


«Daşkəsən filizsaflaşdırma» ASC bu ilin ilk rübündə 51 min ton dəmir-filiz konsentrantı məhsulu satıb.

Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev məlumat verib.

Hazırda qismən çalışan «Daşkəsən filizsaflaşdırma» ASC tam gücü ilə işləmək üçün Gəncə Alüminium Zavodunun fəaliyyətinin bərpa olunmasını gözləyir. Bu zaman xammal Gəncə Alüminium Zavodunun poladəritmə sexinə veriləcək.

Gəncə şəhər İcra Hakimiyyətindən isə bildirilir ki, alüminium zavodu bu ilin yay aylarında işə başlayacaq.

Qeyd edək ki, Daşkəsən zonasında kəşf olunmuş dəmir filizi rezervləri 350 mln tondan artıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG