Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:59

Bu gün Bakıya palçıqlı yağış yağıb


“Çirkli yağışların yağması iqlimdə qlobal sabitliyin pozulmasının təzahürüdür. Son zamanlar belə hallar çoxalıb”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycanda yağan palçıqlı yağışlarla bağlı danışarkən deyib. Nazir bildirib ki, palçıqlı yağışlar Azərbaycanda müəyyən müddətlərdə, iki-üç ildən bir baş verib: “Əfqanıstan, Pakistan, Ərəbistanda toz burulğanları ilə yüksək təbəqələrə qalxan xırda hissəciklər hava axınları ilə ayrıq-ayrı yerlərə gedir. Bu yaxınlarda Almaniyada da toz çovğunu baş verdi”. Hüseynqulu Bağırov belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda çirkli yağışların nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir, çünki bütün bunlar qlobal proseslərin nəticələrindən asılıdır.

Bu gün səhər saatlarında Bakı səmasını palçıqlı və tozlu buludlar alıb.
XS
SM
MD
LG