Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:32

Şimali Koreya daha bir amerikalını həbs edib


Amerika Dövlət Departamenti təsdiqləyib ki, amerikalı Şimali Koreyada saxlanılıb və onların humanitar əsaslarla buraxılmasını istəyir. Dövlət Departamenti həbsin təfərrüatı barədə əlavə məlumat vermir.

Mətbuatın yazdığına görə, amerikalı şəxs Şimali Koreyaya biznes vizası ilə girib və üç ay əvvəl həbs olunub.

ABŞ-ın Şimali Koreya ilə diplomatik əlaqəsi olmadığından İsveç rəsmiləri ona viza verib.
Son illər Şimali Koreyada bir neçə amerikalı həbs olunub. 2009-cu ildən bəri iki keçmiş ABŞ prezidenti Bill Klinton (Bill Clinton ) və Cimmi Karter (Jimmy Carte) onların azadlığa buraxılması üçün Pxenyana gedib.
XS
SM
MD
LG