Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:21

Hüsnü Mubarəkin də həbsinə qərar verildi


Son məlumatlara görə, Misirin keçmiş prezidenti Hüsnü Mübarək barəsində 15 günlük həbs qərarı verilib. O, hakimiyyəti dövründə korrupsiyaya yol verməkdə günahlandırılır.
Mübarək aprelin 12-də səhhətində yaranmış problemlərə görə xəstəxanaya aparılıb. O, ürək problemlərindən əziyyət çəkir.

Hüsnü Mübarəkin iki oğlu da həbs olunub. Bu barədə Misir Dövlət televiziyası məlumat verib. Məlumata görə, Mübarəkin oğlanlarının saxlanması onun hakimiyyəti dövründə korrupsiya ilə bağlı araşdırmaya görədir. Onların azı 15 gün istintaq altında saxlanacağı bildirilir.

Əli və Camal Mübarək dövlət prokurorunun hakimiyyətdən sui-istifadə etmə və israfçılıq ittihamı ilə üzləşiblər.

82 yaşlı Mübarək Misirdə qalxan xalq etirazları zamanı bu il fevralın 11-də istefaya getməyə məcbur olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG