Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:45

FH: «Azərbaycanda telefon danışıqları və internetə nəzarət olunur»


Azərbaycan hökuməti siyasi müxalifətlə həddən artıq sərt davransa da, internetə birbaşa senzura tətbiq etmir

Azərbaycan hökuməti siyasi müxalifətlə həddən artıq sərt davransa da, internetə birbaşa senzura tətbiq etmir

«Freedom House» dünyanın müxtəlif ölkələrində internetə senzura cəhdlərinə dair yeni hesabat yayıb.

Sənədin Azərbaycanda vəziyyətdən bəhs edən hissəsində qeyd olunur ki, yayğın olmasa da, bu ölkədə internetə senzura cəhdləri var.

Hökuməti tənqid edən bir xeyli jurnalist təhdidlərə məruz qalıb, hətta bəzən rəsmiləri tənqid etdikləri üçün döyülüblər.

«Sərhədsiz Reportyorlar» Təşkilatının məlumatına əsasən, müstəqil və müxalifət mövqeli jurnalistlər hakimiyyətin davamlı təzyiqləri altında işləyirlər:

«Azərbaycanda təhqirə görə iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ölkədə çoxları əmindir ki, Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri telefon danışıqlarını dinləyir, internetlə ünsiyyəti izləyir. Xüsusən də əcnəbilərin, tanınmış siyasətçilərin, iş adamlarının və beynəlxalq ictimaiyyətlə əlaqəsi olan şəxslərin telefon və internetlə əlaqələri nəzarət altında saxlanır.

Məsələn, bir dəfə Milli Təhlükəsizlik Nazirliyi «Eurovision» mahnı müsabiqəsində erməni iştirakçıya səs verməyə görə 43 nəfəri sorğu-sual edib.

2009-cu ildə tutulan bloqqerlər Emin MilliAdnan Hacızadəni müdafiə etdiyinə görə bəzi internet saytlarına giriş bağlanıb».

Sənəddə həmçinin qeyd edilir ki, «OpenNet Intitiative» təşkilatının məlumatına əsasən, Azərbaycan hökuməti siyasi müxalifətlə həddən artıq sərt davransa da, internetə birbaşa senzura tətbiq etmir.

Azərbaycan rəsmiləri də ölkədə internet məkana hökumətin heç bir müdaxiləsi olmadığını deyirlər. Hakim partiyanın təmsilçiləri adətən bu mövzuda tənqidləri beynəlxalq təşkilatların Bakıya təzyiq cəhdləri adlandırırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG