Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:37

Qətərdə Liviya müzakirəsi başlanır


Qətərdə bu gün Liviya ilə beynəlxalq "əlaqə qrupu" ilə görüş gözlənir. Bu qrup Muammar Qaddafi ilə NATO-nun müdafiə etdiyi üsyançılar arasındakı konfliktlə bağlı çıxış yolu axtarır. Görüşdə üsyançıların yaratdığı Müvəqqəti Milli Şuranın müraciəti gözlənir. Şura indiyə kimi Fransa, İtaliya və Qətər tərəfindən qanuni hökumət kimi tanınıb.

Liviyanın istefa vermiş xarici işlər naziri Musa Kusanın da Doha görüşünə müraciət edəcəyi gözlənir. Görüşdən öncə NATO üzvləri Fransa və Britaniya aprelin 12-də hərbi alyansı Liviyada dinc sakinlərin Qaddafiyə tabe olan hərbi qüvvələrin hücumlarından qorunması üçün daha çox iş görməyə çağırıb. Doha görüşündən əvvəl Afrika Birliyi tərəflər arasında atəşkəsə nail olmaq üçün cəhdlər göstərmişdi.
XS
SM
MD
LG