Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:04

Hüsnü Mübarək xəstəxanaya, oğlanları isə həbsxanaya düşdü


Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin iki oğlu həbs olunub. Bu barədə Misir Dövlət televiziyası məlumat verib. Məlumata görə, Mübarəkin oğlanlarının saxlanması onun hakimiyyəti dövründə korrupsiya ilə bağlı araşdırmaya görədir. Onların azı 15 gün istintaq altında saxlanacağı bildirilir.

Əli və Camal Mübarək dövlət prokurorunun hakimiyyətdən sui-istifadə etmə və israfçılıq ittihamı ilə üzləşiblər.

Bundan bir az əvvəl isə Hüsnü Mübarəkin səhhətinə görə aprelin 12-də xəstəxanaya yerləşdiyi bildirilir. Məlumatlara görə, onun ürəyində problemlər var.

82 yaşlı Mübarək etirazlar zamanı nümayişçilərin qətlində və korrupsiyada günahlandırılır. Bir müddət əvvəl Misirdə qalxan xalq etirazları zamanı Mübarək istefaya getməyə məcbur olmuşdu.
XS
SM
MD
LG