Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:11

Freedom House Azərbaycanda telefon danışıqları və internetə nəzarət edildiyini bildirir


Freedom House-un emblemi

Freedom House-un emblemi

Freedom House dünyanın müxtəlif ölkələrində internetə senzura cəhdlərinə dair yeni hesabat yayıb. Sənədin Azərbaycanda vəziyyətdən bəhs edən hissəsində qeyd olunur ki, yayğın olmasa da bu ölkədə internetə senzura cəhdləri var.
Hökuməti tənqid edən bir xeyli jurnalist təhdidlərə məruz qalıb, hətta bəzən rəsmiləri tənqid etdikləri üçün döyülüblər.

Sərhgədsiz Reportyorlar Təşkilatının məlumatına görə müstəqil və müxalifət mövqeli jurnalistlər hakimiyyətin davamlı təzyiqləri altında işləyirlər: “Azərbaycanda təhqirə görə iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ölkədə çoxları əmindir ki, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri telefon danışıqlarını dinləyir, internetlə ünsiyyəti izləyir. Xüsusən də əcnəbilərin, tanınmış siyasətçilərin iş adamlarının, və beynəlxalq ictimaiyyətlə əlaqəsi olan şəxslərin telefon və internetlə əlaqələri nəzarət altında saxlanır.

Məsələn, bir dəfə Milli Təhlükəsizlik Nazirliyi Eurovision mahnı müsabiqəsində erməni iştirakçıya səs verməyə görə 43 nəfəri sorğu-sual edib.

2009-cu ildə həbs edilən nbloqqerlər Emin Milli və Adnan Hacızadəni müdafiə etdiyinə görə bəzi internet saytlarına giriş bağlanıb”.

Sənəddə həmçinin qeyd edilir ki, “OpenNet İntitiative” təşkilatının məlumatına görə Azərbaycan hökuməti siyasi müxalifətlə həddən artıq sərt davransa da internetə birbaşa senzura tətbiq etmir.

Azərbaycan rəsmiləri də ölkədə internet məkana hökumətin heç bir müdaxiləsi olmadığını deyirlər. Hakim partiyanın təmsilçiləri adətən bu mövzuda tənqidləri beynəlxalq təşçkilatların Bakıya təzyiq cəhdləri adlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG