Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:12

Qaqarinin cibinə "şparqalka" qoymuşdular


Ilk kosmonavt Yuri Qaqarin ölə də bilərdi. Bu ehtimal 25 fazi təşkil edirdi.

O dövrün texnikası elə bir səviyyədə idi ki, kosmik gəminin yerə qayıtması ehtimalı 75 faiz təşkil edirdi.

Bu - ilk insanın kosmosa çıxarılmasının 50-ci ildönümü ilə bağlı çap edilən yeni kitabda deyilir.

SSRİ və Amerikada ilk kosmik aparatların hazırlanması və orbitə çıxarılmasından bəhs edən kitab – "Мы – первые" “Biz birinciyik” adlanır və onu Rusiyanın "РТСофт" nəşriyyatı buraxır.

Kitabın müəllifləri – "Новости космонавтики" (“Kosmonavtika xəbərləri”) adlanan peşəkar jurnalın əməkdaşları İqor Afanasyev Dmitri Vorontsovdur.

Afanasyev Azadlıq Radiosunun rus xidmətinə deyir ki, əslində

SSRİ ilk insanı 1960-cı ilin dekabrında kosmosa çıxarmağı planlaşdırmışdı

Plana görə, buna qədər kosmosa iki hava gəmisi uçmalı idi.

Onlar bütün uçuş vəzifələrini yerinə yetirməli və uğurla yerə enməli idilər.

Afanasyevin sözlərinə görə, o zamanın texnikası elə idi ki, orbitə qalxandan sonra aerodinamik əyləc sistemi işə düşməli, raketi “əyməli” və beləliklə 8-10 gündən sonra raket yerə qayıtmalı idi.

Kosmonavta azuqə və başqa həyat üçün lazımlı resurslar da buna uyğun seçilməli idi.

Amma sınaqlar göstərir ki, raketin əyləc mühərriki işə düşəndən sonra orientasiya sistemi sıradan çıxır.

Bu isə o demək idi ki, onun yerə qayıtması aylarla, yaxud illərlə çəkə bilərdi.

Yəni kosmonavt mütləq öləcəkdi

Afanasyev deyir ki, Qaqarinin uçuşu zamanı da problemlər yaşanıb.

Kosmik gəminin qalxdığı yüksəklik planlaşdırılandan artıq olub.

Amma fərq elə də çox olmayıb.

Afanasyevin sözlərinə görə, o zamanın texnikası elə səviyyədə idi ki, nə raketin, nə də kosmik gəminin etibarlılıq göstəriciləri yüksək deyildi.

“İndiki standartlara görə, insanı yalnız o zaman kosmik gəmiyə oturtmaq olar ki, onun etibarlılıq göstəricləri 99 faizdən aşağı olmasın.

Qaqarinin uçduğu kosmik gəmidə isə bu göstərici 75 faiz idi.

Buna görə də Qaqarinin qayıtmaması riski çox böyük idi”.

Ümumiyyətlə Afanasyev deyir ki, həm SSRİ-də, həm də Amerikada insanın kosmosa çıxarılmasına qədərki sınaqlar problemli keçib.

Xüsusən də çəkisizlik şəraitinin praktikada nə olduğu aydınlaşıb.

Qaqarinə qədər SSRİ-də kosmosa iki it – Belka və Strelka da buraxılıb.

Həmin kosmik gəmidə telekamera da olub.

Belkanın vəziyyəti pisləşib, o çırpınmağa, qusmağa başlayıb

Belkanın başına gələnlər həkimləri düşündürür- belə şey insanın da başına gələ bilərmi?

Afanasyev deyir ki, düzdür, “Vostok” gəmisi avtomatik uçuşa hesablanmışdı.

Yəni ilk gəmilərdə kosmonavt pilotdan daha çox sərnişin funksiyasını yerinə yetirirdi.

Amma qəzalı vəziyyətdə o özü sükan arxasına keçməli, o cümlədən əyləc mühərrikini işə salmalı idi.

Əyləc mühərrikini isə yalnız bir dəfə işə salmaq olardı.

Qorxular var idi ki, pilot dəli ola və əlinə keçən düymələri basa bilərdi

Buna görə idarəetmə pultuna xüsusi “qıfıl” qoyulmuşdu və onu sadə bir məntiqi tapşırığı həll etməklə açmaq olardı.

Həmin tapşırığı kosmonavta xüsusi zərfdə verirdilər.

Amma Afanasyev deyir ki, Qaqarinin dəli olacağına inanan çox deyildi, ona görə də hər ehtimala qarşı onun cibinə həmin məntiqi tapşırığın həlli olan “şparqalka” da qoymuşdular ki, o, lazım olarsa zərfi açmağa sərf edə biləcəyi qiymətli saniyələrə qənaət etsin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG