Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:55

Norveç səfiri Gəncədə olub


Bu gün Gəncədə olan Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönberq Azərbaycan Aqrar Universitetində görüş keçirib. Görüş zamanı ADAU ilə Norveçin Kənd Təsərrüfatı Universiteti arasında əməkdaşlığa dair layihəni imzalayıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığı nəzərdə tutan layihənin əsas məqsədi kənd təsərrüfatının davamlı inkişafı ilə bağlıdır.

Səfir Erlinq Şönberq Gəncə şəhər İçra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə də görüşüb. Daha sonra jurnalistlərə müsahibəsində səfir iki ölkə arasında əməkdaşlığın daha da inkişafına dair bir sıra məsələlər barədə söhbət etdiklərini bildirib.
XS
SM
MD
LG