Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:59

Prezident hökumətin iclasını keçirib


Aprelin 12-də prezident İlham Əliyevin 2011-ci ilin ilk üç ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumətin iclasını keçirib. İclasda İlham Əliyev bildirib ki, bu ilin ilk üç ayında qeyri-neft sənayesi 9,8 faiz artıb.

Prezident ölkənin valyuta ehtiyatlarının 34,7 milyard dollara çatdığını və bunun ilin sonuna qədər artmaqda davam edəcəyini deyib.

İlham Əliyev bir daha qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və heç bir şərt irəli sürülmədən ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

Sonra maliyyə naziri Samir Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov rəhbərlik etdikləri qurumların ilin birinci rübündəki fəaliyyəti barədə məlumat veriblər.

Yekunda prezident bildirib ki, dünya bazarlarında neftin bahalaşmasının inflyasiya risklərini artıra bilər, ona görə tədbirlər gücləndirilməlidir.

İlham Əliyev istehlak qiymətlərinə nəzarətin olduğunu, daim monitorinq aparıldığını və inhisarçılığa qarşı mübarizənin həm idxalda, həm daxili istehsalda daha da güclü olması üçün tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

O, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi öz nəticələrini verir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunduğunu, təhlükəsizlik tədbirlərinin çox güclü, kriminogen durumun yaxşı olduğunu diqqətə çatdırdı.

Dövlət başçısı bütün bu işlərin görülməsi üçün büdcəyə əlavələrin edilməsinin vacibliyini bildirib.

Bunlar prezidentin bugünkü müşavirəsi barədə rəsmi informasiya agentliyi olan Azərtac-ın xəbəri idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG