Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

Suriyada hökumət qüvvələri iki şəhəri mühasirəyə alıb


Suriyadan insan haqları fəalları və şahidlər bildirirlər ki, bu gün hökumət qüvvələri Banias şəhərinə hücum ediblər. Şəhərdə atışma səsləri gəlir.

Sakinlər Baida şəhərinə də zirehli texnika yerdildiyini və əsgərlərin qarşılarına çıxan adamlara atəş açdıqlarını deyirlər.

İtkilər haqqında hələlik məlumat yoxdur.

Bazar günü Baida şəhərində hökumət qüvvələrinin etiraz askiyası keçirən adamlara atəş açıb dörd nəfəri qətlə yetirdiklərini bildirirlər. Ordu tanklarla Banias şəhərinə gedən yolları bağlayıb, ona görə şəhərdə ciddi ərzaq qıtlığı yaranıb.

Suriyada etiraz askiyaları martın 15-dən bu yana intensivləşib. Müxalifət prezident Bəşər əl-Əsədin hakimiyyətinə son qoyulmasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG