Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:22

2 aprel aksiyasında saxlananlar deyir ki, polis rəisinin müavini onları döyüb


Vidadi İsgəndərli

Vidadi İsgəndərli

İctimai Palatanın aprelin 2-də keçirilən aksiyasında saxlanan Vidadi İsgəndərli, Tofiq YaqubluMustafa Hacıbəyli Nəsimi rayon Polis İdarəsində onlara işgəncə verildiyini bildiriblər.

Mətbuat konfransı keçirən bu şəxslər deyiblər ki, polis rəisinin müavini Süleyman Nemətov və digər şəxslər onları fiziki zorakılığa məruz qoyublar. Demələrinə görə, gəzinti üçün nəzərdə tutulan 15-16 kvadrat metrlik ərazidə döyülüblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə isə AzadlıqRadiosuna bildirib ki, müxalifətçilərin dedikləri cəfəngiyatdır:

«Onlar ictimai diqqəti özlərinə cəlb etmək üçün belə deyirlər. Bu, polisə qarşı qərəzdən irəli gələn məsələdir. Polis idarəsi vətəndaşın hüquqlarının qorunduğu yerdir. Rəis müavininin, ya da başqa əməkdaşın kiməsə işgəncə verməsi haqqında deyilənlər yalandır».

Vidadi İsgəndərli, Tofiq Yaqublu və Mustafa Hacıbəyli isə polisdə onlara işgəncə verilməsi ilə bağlı axıra qədər mübarizə aparacaqlarını bildiriblər. Onlar Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət edəcəklərini istisna etməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG