Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:52

Fransa və Britaniya NATO-dan Liviyada daha çxo iş görməyi tələb edir


Fransa və Britaniyanın Xarici İşlər nazirləri bildirirlər ki, Liviyada dinc sakinlərin Qaddafiyə tabe olan hərbi qüvvələrin hücumlarından qorunması üçün NATO daha çox iş görməlidir.

Bu məsələ Avropa Birliyi ölkələri Xarici İşlər nazirinin bu gün Lüksemburqda başlayan toplantısında və aprelin 14-də NATO ölkələri Xarici İşlər nazirlərinin Berlində keçiriləcək iclasında da müzakirə ediləcək.

Bir neçə aydır ki, Liviyada Muammar Qaddafinin 40 illik hakimiyyətinə son qoyulması tələbilə başlayan mitinqlər sonradan silahlı qarşıdurmaya gətirib çıxarıb. Qaddafi ölkənin bəzi şəhərlərinə nəzarəti əldən versə də həmin şəhərlərə hücumlarını davam etdirir. BMT-nin qərarı ilə NATO bu ölkədə dinc sakinlərin Qaddafi qoşunlarının hücumlarından qorunması üçün hərbi əməliyyatlar aparır.
XS
SM
MD
LG