Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Nemət Pənahlının məhkəməsi başlayır


Aprelin 19-da Nəsimi rayon Məhkəməsində Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının məhkəməsi başlayacaq. Prosesə hakim Elman Əhmədov sədrlik edəcək.

Məlumatı AzadlıqRadiosuna N. Pənahlının vəkili Samir İsayev verib.

N. Pənahlı dostu Ceyhun Fərzəliyevlə birlikdə yanvarın 8-də tutulub. Onlar Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham edilirlər. Yanvarın 10-da Nəsimi rayon Məhkəməsi onlar haqqında 2 aylıq həbs qərarı çıxarıb.

Vəkil ittihamı qondarma sayır, həbsin siyasi sifarişli olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG