Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:56

Orxan Pamukun romanı qısa siyahıya düşdü


Orxan Pamuk
Orxan Pamuk
Mənbə: "The İndependent"

Nobel mükafatlı türk yazarı Orxan Pamukun “Məsumiyyət muzeyi” romanı Britaniyanın “İndependent” qəzetinin yaratdığı müsabiqənin qısa siyahısına düşüb.

1990-cı ildə təsis edilən "Independent foreign fiction prize" - Əcnəbi yazarlar üçün nəsr mükafatının dəyəri 10 min funt-sterlinqdir.

Pamukun romanı zəngin ailədən olan Kamalın satıcı qız Füsunla sevgisindən bəhs edir.

Əsəri ingilis dilinə tanınmış tərcüməçi, vaxtilə İstanbulda yaşamış və təhsil almış Maureen Freely çevirib.

Amma Pamukdan başqa siyahıda digər tanınmış yazarlar da var.

Məsələn, Peru yazıçısı Santiago Roncagliolo-nun “Qırmızı aprel” romanı.

Əsərin süjeti əsasında Latın Amerikasının kiçik şəhərlərinin birində baş verən dəhşətli qətl hadisəsi dayanır.

Əsər bundan əvvəl İspaniyanın nüfuzlu mükafatlarından olan “Alfaguara”nı da qazanıb.

6 nəfərlik qısa siyahıda Norveç yazıçısı Per Petterson, alman yazıçısı Jenny Erpenbeck, Argentina yazıçısı Marcelo Figueras və Venesuela yazıçısı Alberto Barrera-nın da əsərləri var.

İndiyəcən müsabiqənin qalibləri arasında Milan Kundera, Paul Verhaegan kimi tanınmış yazıçılar da olub.

Müsabiqənin ilk qalibi elə Pamuk olub. 1990-cı ildə onun "Bəyaz qala" romanı bu mükafata layiq görülüb.

Mükafat yazıçı və onun əsərini ingilis dilinə çevirən tərcüməçi arasında bərabər bölünür.

Hazırda müsabiqəni Britaniyanın nüfuzlu xeyriyyə təşkilatlarından olan "Booktrust" keçirir.

Müsabiqəyə təqdim edilən əsərlər bir il əvvəl Britaniyada ingiliscə çap edilmiş olmalıdır.

Həmçinin oxu
Orxan Pamuk: “Ərəb üsyanları məni çox sevindirdi”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG