Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Naxçıvanda insan hüquqlarının pozulmasına etiraz


Aclıq aksiyası aprelin 11-də başlayıb

Aclıq aksiyası aprelin 11-də başlayıb

Ümid Partiyası Naxçıvan təşkilatının sədri Faiq Əliyevlə yerli hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin aclıq aksiyası ikinci gündür davam edir.

H. Mehdiyev AzadlıqRadiosuna bildirib ki, artıq səhhətində problemlər yaranıb:

«Gəlib bizə baş çəkənlər çoxdur. Dövlət orqanlarından heç kim bizimlə maraqlanmır. Səhiyyə Nazirliyinə yazılı məlumat göndərmişik, hələ maraqlanmayıblar. Faiq Əliyev özünü yaxşı hiss edir. Ancaq mənim başımda ağrılar başlayıb. Mən hüquq müdafiəçisiyəm, ancaq müdafiəyə ehtiyacım var. Aclıq aksiyası keçirmək son çarəmdir. Bu qədər hüquqlar pozulmaz ki. İnsanlar döyülür, əzilir, işgəncələrə məruz qalır. Bir dənə də olsun ərizəmə cavab verilməyib».

H. Mehdiyev deyir ki, aksiyanın keçirildiyi Ümid Partiyasının Naxçıvandakı qərargahına küçədən polis nəzarət edir.

Aclıq aksiyası aprelin 11-də başlayıb. Aksiya Naxçıvanda insan hüquqlarının, mülkiyyət hüquqlarının pozulmasına etiraz olaraq keçirilir. Aclıq edənlər 2 aprel mitinqində həbs olunanların azad edilməsini, sərbəst toplaşma azadlığının təmin olunmasını da tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG