Rusiya əvəzinə Sovet himnini səsləndirdilər
Praqada Rusiya və Çexiya siyasətçiləri arasında xeyriyyə xokkey matçı keçirilib. Rusiya tərəfdən oyunda prezidentinin müşaviri və Qazpromun ixrac direktoru iştirak edib. Çexlərin komandasında isə sabiq baş nazir M.Topolanek oynayıb. Oyundan əvvəl təşkilatçılar Rusiya himni ilə SSRİ-nin himnini səhv salıblar. Bu, iştirakçıların ancaq təbəssümünə səbəb olub.