Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:26

İlham Əliyev əməkhaqqı və pensiyanın səviyyəsindən razı deyil


Prezident İlham Əliyev hazırkı minimum əməkhaqqı və pensiyanın səviyyəsindən razı deyil. Prezident bu fikirləri «Rusiya-24» telekanalına müsahibəsində deyib.

Qeyd edib ki, son yeddi ildə 900 min yeni iş yeri yaradılıb və elə həmin yeddi il ərzində yoxsulluq səviyyəsini təqribən 50 faizdən 9 faizə endirməyə nail olunub. Prezident hesab edir ki, 9 faiz də çoxdur.

«Buna görə də əməkhaqqının və pensiyaların artırılması üzrə sosial proqramlar davam etdiriləcək, təbii ki, inflyasiya riskləri nəzərə alınmaqla» deyə prezident əlavə edib.

İ. Əliyev Rusiya ilə münasibətlərə də toxunub, iki ölkə münasibətlərinin kifayət qədər uğurla inkişaf etdiyini deyib. O, Azərbaycanla Rusiyanın enerji və hərbi-texniki sahələrdə aktiv əməkdaşlıq etdiyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG