Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:58

Minsk metrosunda partlayış baş verib, ölənlər var


Belarus paytaxtı Minskdə metroda partlayış olub, ölənlər və yaralananlar var.

Hadisə aprelin 11-də, şəhərin mərkəzinə yaxın Oktyabrinskaya stansiyasnda baş verib.Metro stansiyası Prezident Aleksandr Lukaşenkanın İqamətgahının yaxınlığında yerləşir.

AzadlıqRadiosunun Belarus xidmətinin müxbiri Valyantsina Aksak hadisə baş verən zaman metro stansiyasında idi. Onun sözlərinə görə, hadisə yerli vaxtla saat 6 radələrində, eskalatorun üstündə baş verib.

“Yuxarıdan nəsə qırıldı, partlayış baş verdi. Və yuxarıdan tavanın , metal konstruksiyaları yana-yana adamların üstünə töküldü. Eskalator dayandı. Insanlar yanmağa başladı”.


Polis partlayış faktını təsdiqləyib, amma tələfat haqda məlumat verməyib. Belsat rəsmi xəbər agentliyi 7 nəfərin həlak olduğunu, 35-nin yaralandığını bildirib.

Belarus prezidenti Lukaşenkanun olayla bağlı rəsmilərlə təcili müşavirə keçirəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG