Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:32

Liviya üsyançılar Qaddafi istefa verməyənə qədər atəşkəsə razılaşmır


Liviya üsyançıları Qaddafi hakimiyyətdən getməyənə qədər atəşkəslə razılaşmayacaqlarını deyirlər.

Bazar günü sülh planıyla Tripolidə olan Afrika Birliyinin nümayəndə heyəti Qaddafinin yol xəritəsini qəbul etdiyi və atəşkəsə razılaşdığını bildirmişdi. Ancaq bu gün Benqazidə üsyançılar bildiriblər ki, atəşkəs planının nəzərdən keçirəcəklər, amma Qaddafinin hakimiyyəti təhvil verməsində israr edirlər.

Afrika Bİrliyi CƏnubi Afrika Respublikasının prezidenti Jacob Zuma-nın başçılıq elədiyi nümayəndə heyətinin planına atəşkəsin élan edilməsi, Qaddafi qoşunlarının üsyançıların ərazilərindən çəkilməsi və humanitar yardımlara başlanması daxildir. Ancaq Afrika Bİrliyinin sülh və təhlükəsizlik komissarı Ramtane Lamamra deyib ki, istənilən halda Liviyaya kimin rəhbərlik edəcəyi xalq qərar verməlidir.
XS
SM
MD
LG