Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:49

Quranı yandıran siyasətçi həbs edildi


Bu kitabı yandırdığına görə Ouensi həbs ediblər

Bu kitabı yandırdığına görə Ouensi həbs ediblər

İngiltərə hökuməti hadisəyə kəskin reaksiya verib

Amerikalı rahibin Qurani-Kərimi yandırması hadisəsi indi də İngiltərədə təkrarlanıb. Bu dəfə müsəlmanların müqəddəs kitabını Britaniya Milli Partiyasının (BNP) üzvi, deputatlığa namizəd Sion Ouens oda verib.

Sion Ouens Quranı neftə batıraraq yandırıb və kitabın necə yandığını müşahidə edib. Onun bu hərəkətinin görüntülərini ələ keçirən "Observer" qəzeti kadrları yayımlamaqdan imtina edərək, dərhal həmin kadrları polisə təqdim edib. Polis isə 40 yaşlı Ouensi həbs edib. Hələlik hadisənin nə vaxt baş verdiyi bəlli deyil.


Türkiyə KİV-lərinin yaydığı məlumata görə, İngiltərə xarici işlər nazirliyi hadisə ilə əlaqədar sərt reaksiya verib. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, İngiltərə hökuməti Qurani-Kərimin səhifələrinin yandırılmasını kəskin şəkildə qınayır: “Cəmiyyətdə parçalanmaya səbəb olan bu hadisəni qınayırıq. Ölkəmizdə hər bir insanın öz dini inancına uyğun olaraq yaşamağa haqqı var".

Qeyd edək ki, Sion Ouens may ayının 5-də bu ölkədə keçiriləcək seçkilərdə deputatlığa namizəddir. Onun yaxın günlərdə törətdiyi hərəkətə görə məhkəmə qarşısına çıxacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG