Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:24

Dünya Bankı: Təhlükəsizlik və ədalət olmayanda kasıblıq artır


 World Bankı Presidenti Robert Zoellick

World Bankı Presidenti Robert Zoellick


Dünya Bankı münaqişələrin, sabitsizliyin iqtisadi-sosial inkişafa təsirini öyrənib.

Araşdırma Somalidəki dəniz quldurluğundan tutmuş, Əfqanıstandakı müharibəyə, Latın Amerikasındakı narkotik madələr alverinəcən həm müxtəlif mənfi, eləcə də Şimali İrlandiyada, İndoneziyada rəvan siyasi keçid kimi müsbət hadisələri əhatə edir.

Hesabata görə, “ölkədə sabitsizlik və münaqişə doyunca yeməyənlərin sayını orta hesabla iki dəfə artırır. Kasıblıq 50 faiz artır. Məktəbə getməyən uşaqların sayı 3 dəfə artır.”

Hesabata görə, dünyada onsuz da 1 milyard 500 milyon yoxsul var. 42 milyon adam evindən didərgin düşüb.

Hesabatı təqdim edən Dünya Bankının prezidenti Robert Zoellick deyib ki, insanın təhlükəsizliyi ilə inkişaf arasında birbaşa əlaqə var.

Dünya Bankının prezidenti vətəndaşın təhlükəsizliyinə, ədalətə və yeni iş yerlərinin yaradılmasına investisiyalara çağırıb.

O, ölkələri bu 3 dəyəri – təhlükəsizliyi, ədaləti və iş yerlərini qoruyan və inkişaf etdirən dövlət qurumlarını təkmilləşdirməyə çağırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG