Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59
Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının apellyasiya şikayətini təmin etməyib.

Vəkil Əshabəli Mustafayev AzadlıqRadiosuna deyib ki, proses zamanı onlar vəsatət qaldırıblar ki, A. Hacılı barmaqlıqlar arasından çıxıb vəkillərin yanında otursun:

«Təkidlərdən sonra bu də vəsatətimiz təmin olundu».

Ə. Mustafayev deyir ki, onlar 2 aprel aksiyası zamanı şüşə sındıranlardan birinin fotosunu hakimə təqdim ediblər. Təqdim etdikləri başqa şəkildə isə A. Hacılının mülki şəxslər tərəfindən saxlandığı görünür:

«Hətta doğrudan da Arif Hacılı dövlət qulluqçusuna tabe olmayıbsa, bu fotodan görünür ki, onu saxlayanlar mülki geyimli şəxsdir. Onların özlərini təqdim etmədiyi halda nədən bilmək olar ki, onlar rəsmi şəxsdirlər, ya yox?».

2 aprel mitinqi zamanı şübhəli şəxs qismində tutulan A. Hacılı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunur. Aprelin 4-də Səbail rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Ə. Mustafayev deyir ki, onlar həbs qərarından Avropa Məhkəməsinə şikayət edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG