Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:17
«ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Azərbaycan reallıqlarının ciddi şəkildə təhrif edilməsi məqamlarına rast gəlmək mümkündür».

Bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, ümumiyyətlə, hər hansı dövlətin ayrı-ayrı ölkələrdəki ictimai-siyasi vəziyyətlə əlaqədar hesabat hazırlanmasına onların nə qədər mənəvi-əxlaqi cəhətdən haqqı olub-olmaması məsələsinə də aydınlıq gətirmək lazımdır:

«İstənilən ölkəyə zərrəbinlə baxmaq istəsən, bu və ya digər nöqsanları tapmaq mümkündür. O ki qaldı ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsinə, burada Azərbaycan reallıqları ilə bağlı həqiqətlərin kifayət qədər ciddi şəkildə təhrif edərək təqdim olunmasına rast gəlmək mümkündür. Azərbaycan kifayət qədər sürətlə inkişaf edir, iqtisadiyyat çiçəklənir, insanların rifahı yaxşılaşır. Azərbaycan insan haqlarının qorunması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Hesab edirəm ki, hər hansı dövlətin Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlamasına haqq qazandırmaq mümkün deyil. Burada qərəz də, qeyri-obyektivlik də aydın şəkildə görünməkdədir». /APA/

ABŞ Dövlət Departamentinin 2010-cu ildə dünya ölkələrində insan haqlarının vəziyyətinə dair hesabatında Azərbaycandakı durum pislənib. Sənəddə bildirilir ki, son parlament seçkiləri ATƏT-in demokratik seçkilər üçün müəyyən etdiyi bir çox əsas standartlara cavab verməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG