Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:04
Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının apellyasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Aprelin 4-də Səbail rayon Məhkəməsi 2 aprel mitinqində tutulan T. Abbaslı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsinə qərar verib. O, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunur.

Vəkil Anar Qasımovun «Media forum» saytına deyib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı iştirak etməyib, T. Abbaslı prosesə gətirilməyib.

A. Qasımov T. Abbaslının 2 aprel mitinqinin təşkilatçı yox, iştirakçısı olduğunu deyib:

«Çıxışda qeyd etdim ki, necə ola bilər eyni maddə ilə ittiham olunan şəxslərdən biri polis nəzarətinə verilir, o biriləri haqqında isə həbs qətimkan tədbiri seçilir. Lakin hakim bütün dəlillərimizi nəzərə almayaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı».

Günün bütün mövzuları

XS
SM
MD
LG