Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:49

Jurnalistikanın gələcəyi barədə 5 əfsanə


ABŞ-da qəzetlərin gəlirinin 75 faizi reklamdandır
ABŞ-da qəzetlərin gəlirinin 75 faizi reklamdandır
Jurnalistlərin müzakirə etməyi xoşladığı bəzi şeylərdən biri də mənsub olduqları peşənin perspektiviylə bağlıdır. Çap qəzetləri nə qədər mövcudluğunu qoruyacaq? Xəbərlərin gələcək ünvanı ancaq saytlardımı? Və ya «online paywall» – «New York Times»ın yenicə başladığı – yolu ilə getməli?

Tom Rosenstiel yazır ki, gələcəyə planlar quran KİV-lər düzgün olmayan təsəvvürlərdən imtina etməlidirlər. O, «Mətbuat dünənki xəbərlərin məcmusuna dönməmək üçün nə etməlidirlər» sualına cavablar axtarır.

1. ƏNƏNƏVİ KİV AUDİTORİYASINI İTİRMƏKDƏDİR

Qabaqcadan da bəlliydi ki, İnternetin vüsəti və online nəşrlərin sayəsində xəbər məkanında at oynadan media qurumlarının oxucuları və tamaşaçıları üzərindəki hökmranlığı bitəcək. Amma bu, tam mənzərə deyil.

Düzdür, adamlar online dünyaya köç edirlər. 2010-cu ildə ilk dəfə olaraq internet qəzetə üstün gəldi. «Pew» Araşdırmalar Mərkəzinin məlumatına görə, amerikalıların 46 faizi informasiya üçün heç olmasa, həftədə üç dəfə online şəbəkəyə girir. Bunun əksinə, 40 faiz hələ də qəzet oxuyur. 50 faiz arasında yerli televiziya xəbərləri daha populyar xəbər mənbəyidir.

Ancaq bu da var ki, online xəbərlərin istifadəçiləri ənənəvi mənbələrə üstünlük verirlər. Birləşmiş Ştatlardakı 25 ən məşhur veb-saytdan məsələn, ikisi medianın varisidir, «New York Times» və CNN və ya ənənəvi xəbər xidmətidir – «Yahoo» və ya «Google News» kimi. Təxminən yüksək sürətli 200 xəbər saytının 81 faizini ənənəvi media və ya xəbər xidməti təşkil edir. Və bir neçə köhnə media qurumu artıq auditoriyasının artdığını görür – həm çap mətbuatında, həm də şəbəkədə. Beləliklə, ənənəvi medianın üzləşdiyi böhran gəlirlə bağlıdır, nəinki auditoriya ilə. 2006-2010-cu illərdə ABŞ-da qəzetlərin reklam gəlirləri 48 faiz aşağı düşüb.

2. ONLİNE XƏBƏRLƏR ONDA ƏLA OLARDI Kİ, MƏTBUAT REKLAM GƏLİRLƏRİNİ İTİRMƏYƏYDİ

Amma belə ümidlər yersizdir. 2010-cu ildə Birləşmiş Ştatlarda ilk dəfə olaraq şəbəkə reklam gəlirlərinə görə çap mətbuatını ötdü – gəliri 26 milyard dollara çatdı.

Özü də bu gəlirin yalnız çox cüzi hissəsi, ola bilsin, beşdə birindən də azı xəbər xidmətinə getdi.

Gəlirin böyük hissəsi, təxminən yarısı axtarış sistemlərinə gedib, ələlxüsus da «Google»un.

Qəzet sənayesi problemlər içindədir
Qəzet sənayesi isə problemlər içindədir. Qəzet sənayesi keçən il çap reklamından 22.8 milyard dollar əldə etdiyi halda şəbəkədə reklamdan vur-tut 3 milyard dollar götürüb.

Jurnalistika son onilliklərdə çiçəkləyib, xəbər mediası istifadəçilərinin sayını artırıb. Yeni media auditoriyanı genişləndirməyə xeyli imkanlar açır, xəbər isə onun kiçik bir hissəsidir.

3. MƏZMUN HƏMİŞƏ KRALDIR


XX əsrdə jurnalistikanın çiçəklənməsinə səbəb olan sillogizm sadə idi – adamların istədiyi jurnalistikanı (və ya məzmunu) təqdim edin və Siz uğur qazanacaqsız. Amma indi bu, ola bilsin yetərli deyil.

XXI əsrdə medianın açarı o kəsin əlində ola bilər ki, auditoriyanın rəftarı, xarakteri haqda daha çox bilir, nəinki ən populyar məzmunda yazanlar.

Anlamaq lazımdır: İnsanlar daha çox hansı saytlara girirlər, hansı baxışlara malikdirlər, hansı məhsulu alırlar, hətta onların coğrafi koordinatları nədir. Bütün bunlar reklam verənlərə hər bir istifadəçini hədəf götürməyə imkan yaradacaq.

«Google» məsələn, hər bir istifadəçi haqda daha çox biləcək, nəinki hər hansı xəbər saytının başında duran. O, istifadəçilərin hərəkətlərinə mobil telefonlarda özünün «Droid» proqram təminatı ilə, «Google Chrome» brouzeri, özünün axtarış sistemi və yeni planşet proqram təminatı ilə online nəzarət etməyə imkan verir.

«Apple» isə «iPad»dan istifadə edən auditoriyanın bilgilərini idarə etmək bacarığına malik olmaq istəyir. Ancaq sizin haqqınızda hamıdan çox bilgiyə malik «Facebook»dur. Oraya istifadəçilər daxil olurlar, sevdikləri şeyləri bölüşür, dostlarını çağırırlar və s.

4. QƏZETLƏR BÜTÜN DÜNYADA ÜZÜ AŞAĞI GEDİR

Ötən 5 ildə çap medianın dövriyyəsi bütün dünyada 5 faizdən çox olub və bu arada qəzetlərin sayı artmaqdadır. Ümumiyyətlə, çap media inkişaf etməkdə olan ölkələrdə çiçəkləyir, inkişaf etmiş ölkələrdəsə sıxıntı keçirir. Çap medianın reklam gəliri də var, məsələn, ötən il reklam gəliri Hindistanda 13 faiz, Misirdə və Livanda 10 faiz artıb. Ancaq bu gəlir Fransada 8 faiz, Yaponiyada 20 faiz azalıb.

Müəllif daha sonra yazır ki, çap mediasının çiçəklənməsi daha çox inkişaf etməkdə olan ölkələrdə savadlılığın artması ilə bağlıdır. Məsələn, Hindistanda əhali artır, bununla yanaşı, savadlıların sayı da çoxalır, amma əksəriyyət hələ də internetdən qıraqda qalıb.

Belə götürəndə, ABŞ qəzetləri daha çox sıxıntı içindədirlər. Onların gəlirinin təxminən 75 faizi reklamdandır,
Çap mediasının çiçəklənməsi inkişaf etməkdə olan ölkələrdə savadlılığın artması ilə bağlıdır
bunun əksinə, başqa ölkələrdə gəlirlər 30-40 faiz kağız dövriyyəsi hesabına mümkündür. Bu da o deməkdir ki, reklamın iflası çap mediaya başqa yerlərdə burdakı qədər zərbə vurmur. Bunu da təxmin etmək olar ki, şəbəkəyə giriş üçün haqq ödəmək xaricdə daha vacibdir, nəinki ABŞ-da.

5. ÇIXIŞ YOLU GÜCÜ YERLİ XƏBƏRLƏRƏ VERMƏKDƏDİR

«Hiperlocal» (hiperyerli) hərəkat 5 il öncə xəbərçilikdə «Wall Street»in savaş fəryadına çevrilmişdi. Məntiq sadəydi: İnternetin belə yetkin vəziyyətində istifadəçilər hər yerlə bağlantı yarada bildiyindən yerli xəbərlər uğrunda böyük informasiya təminatçıları ilə rəqabət aparmaq çətindir.

Problem ondadır ki, hiperyerli xəbər dövriyyə üçün məhduddur. Reklamdan əsaslı gəlir əldə etmək üçünsə yetərincə böyük auditoriyanın olması şərtdir. Bunun üçün də müxtəlif mənbələrin olmalıdır. Üstəlik, bu, çoxlu xərc tələb edir. Bundan əlavə, bir çox hiperyerli reklamçılar pula qənaət edərək şəbəkələrdə fəaliyyət göstərmirlər.

İndi biz «hiperlokal 2.0» adlandırıla biləcək bir yerə qədəm qoyuruq və bazar hələ hamı üçün əlçatandır. Axtarış sistemindəki reklam gəlirlərinin üçdə ikisinə sahib olan «Google» yerli miqyasda reklama lazımı nəzarət edə bilmir. Yerli miqyasda reklam nümayişi banner və üzən pəncərələrdən ibarətdir ki, bu da axtarış sistemi reklamından çox bazara aid fəaliyyətdir.

Ancaq lokal mənbəni necə yaratmaq sualı yenə də cavabsız qalır. Siz bunun ətrafında «paywalls» yarada bilərsinizmi? Elə «Pro-am» model qura bilərsizmi ki, orda az maaşlı həvəskar jurnalistlərin əhatəli məlumatlar verə biləcəyi peşəkar şəbəkə fəaliyyət göstərsin? Və ya qalib «AOL′s Patch»da olduğu kimi, yüzlərlə hiperlokal saytlar bir şirkətə məxsusdur, bəs bu şirkət oxucuları əsas reklamçılarla əlaqələndirə bilərmi?

Tom Rosenstiel, Pew Research Center’s Project for Excellence in Journalism rəhbəri

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG