Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:48

Müsabiqəyə hekayə qəbulu aprelin 15-də bitir


Ötən müsabiqəmizdə 50 seçmə hekayənin daxil edildiyi kitab.
Ötən müsabiqəmizdə 50 seçmə hekayənin daxil edildiyi kitab.
100 olsunmu?

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilməkdə olan “Ədəbi Azadlıq-2011” hekayə müsabiqəsinə indiyəcən 80-dən çox yazıçı qatılıb.

Onların arasında cəmiyyətdə yetərincə tanınan yazarlar da var, yeni imzaların sahibləri də.

Amma əsərlərin qəbulu hələ davam edir. Son tarix aprelin 15-dir (15-i daxil olmaqla)

Qaydalara görə hər yazar müsabiqədə yalnız bir hekayə ilə iştirak edə bilər.

Təəssüf ki bəzi maraqlı hekayələri qəbul edə bilməmişik - İnternet məkanında çap edildiyi və həcmi qaydalarda nəzərdə tutulandan, yəni 9 min işarədən xeyli artıq olduğu üçün.

Qaydalara görə, müsabiqəyə göndərilən hekayələr İnternetdə çap edilmiş olmamalıdır.

Bu qaydalara uyğun olmayan hekayələr sonradan aşkar edilərsə, onları da müsabiqədən kənarlaşdırmağa məcbur olacağıq.

Bütün hekayələr ilkin mərhələdə imzaları göstərilmədən münsiflər heyətinə təqdim ediləcək.

Münsiflər Heyətində siz kimləri görmək istərdiniz?

Bizə təkliflərinizi yazın!

Öz gücünü ədalətli yarışmada sınamaq istəyənlərə təşəkkür edirik, müsabiqəyə qatılacaq yazarların əsərlərini də səbirsizliklə gözləyirik. Əsərləri bu ünvana yollamaq olar oxuzali@azadliqradiosu.az

Müsabiqənin baş mükafatı notebook, 2-ci və 3-cü mükafatları isə netbook-lardır.

MÜSABİQƏ HAQDA DAHA ƏTRAFLI OXU

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG