Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Mənsurə Qaçayqızı. Məsumluq



MƏSUMLUQ

Titrətmədi duyğularımı görkəmin
Haqqında dürlü-dürlü sözlər çox eşitmişdim deyə,
Bir az da səni vəsf eliyən şairlərin kövrəkliyi.
Nədənsə xoşuma gəlmədi boynubüküklüyün
Bəlkə də utancaq olmaq lazım deyilmiş heç.
Bəsdi daha…

Amma sən o qədər saf, o qədər məsum ki,
dəyişilməyin çətin.
Bilirsənmi nəyini sevdim sənin?
Hər yaz zərif əllərinlə torpağın köksünü yarıb
tikan sevginin göz önündə yenidən bitməyini.
Nə görmüsən o kolda,
Bu sənin sədaqətinmi,
Yoxsa, sevgini sübut eləmək cəhdin?

Içindəki qışqırmaq,
Dəli küləyə qoşulub qaçmaq istəyinin
qarşısını kəsən məsumluğun.
Yox, səni qınamağa haqqım yox.
Sadəcə, əyilib səni dərmədən,
şehli dodağından öpmədən
qulağına bitmiş sevdaların
ayrılıq nəgmələrini oxumaq yetər,
bənövşə…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG