Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:30

Liviyada üsyançılar 15 muzdlunun ələ keçirildiyini deyirlər


Livyada üsyançılar bazar günü Əlcəzairdən olan 15 muzdlunun ələ keçirildiyini deyirlər.

Üsyançıların sözçüsü Shamsiddin Abdulmolah Frans Press agentliynə bildirib ki, onların üzərində şəxsiyyətlərini müəyyən edən sənəd olmasa da Əlcəzair ləhcəsiylə danışırlar.

Üsyançılar həmçinin bu günlərdə Ajdabiyə şəhərində gedən döyüşlərdə 3 muzdlunun öldürüldüyünü deyirlər.

Üsyançılar deyir ki, Muammar Gaddafi onlarla döyüşdə CAD və Nigeriya da daxil olmaqla xarici muzdlulardan istifadə edir.

5 Afrika Birliyi ölkəsindən olan nümayəndə heyətinin Liviyaya səfəri gözlənilir.

Məqsəd Gaddafi hökumətilə üsyançılar arasında dialoqa nail olmaqdır.

Vasitəçilər Mavritaniya, Mali, Konqo, CAD və Uqandadandır.
XS
SM
MD
LG