Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

Hosni Mubarak korrupsiya ittihamını rədd edir


Misirin keçmiş prezidenti Hosni Mubarak onun ailəsinə qarşı irəli sürülmüş korrupsiya ittihamının əsassız olduğunu deyib.

Mubarak sonadək bütün qanuni hüquqlarını müdafiə edəcəyini bildirib.

Bu arada yüzlərlə nümayişçi Misirin paytaxtı Qahirənin mərkəzində etiraz aksiyasını davam etdirir.

Onlar Mubarakın məhkəməyə cəlb olunmasını və ölkəni idarə edən müvəqqəti ali hərbi şuranın buraxılmasını tələb edirlər.

Hərbi rəhbərlik nümayişlərə son qoyulması üçün güc tədbiq etməyə hazır olduğunu xəbərdarlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG