Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35

T.Bəhrəmov adına stadionun 60 illiyi qeyd olunacaq


Bu il sentyabrın 16-da Tofiq Bəhrəmov adına Respublika stadionunun istifadəyə verilməsinin 60 illiyi qeyd olunacaq.

Bunu AzərTAc-a müsahibəsində stadionun direktoru Akif İsmayılov bildirib.

1948-ci ildə tikintisinə başlanan stadion 1951-ci il sentyabrın 16-da istifadəyə verilib.

Əvvəlcə Stalin, sonra isə Leninin adı verilmiş stadion, 1993-cü ildən Tofiq Bəhrəmovun adını daşıyır.

Hazırda bolqarıstanlı mütəxəssislərin iştirakı ilə stadionda təmir-bərpa işləri aparılır.

Amma ölkə çempionatı davam etdiyindən oyunlar təxirə salınmır, matçalarla birgə təmir işləri də görülür.

Stadionda yeni generatorlar qurulur, işıqlandırma sistemi yenilənir.

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Almaniya millilərinin oyunundan sonra isə stadionun oturacaqları dəyişdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG