Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:52

Polşada ötən il təyyarə qəzasında ölənlərin xatirəsi anılır


Bu gün Polşada Smolensk ətrafına baş vermiş təyyarə qəzasında ölənlərin xatirəsi anılır.

Aprelin 10-da baş vermiş bu qəzada mərhum Polşa prezidenti Lex Kacinski də daxil olmaqla 96 adam ölüb.

Onlar Smolenskə 1940-cı ildə keçmiş Sovet rejimi tərəfindən Katın meşəsində güllələnmiş 22 min polşalı zabit və ziyalının xatirəsini yad etmək üçün gedirdilər.

Polşa prezidenti Bronislav Komorovski, baş nazir Donald Tusk və digər dövlət rəsmiləri bu gün səhər Varşavadakı kilsədə ölənlərin xatirəsini yad edib, şam yandırıblar.

Polşa vaxtıyla səhər saat 8:41-də-qəzanın baş verdiyi an bütün ölkə boyu kilsə zəngləri çalınıb.

Bu gün Varşavada, ölənlərin dəfn edildiyi hərbi məzarlıqda matəm mərasimi keçirilir.

Həmçinin ölkə paytaxtında qəzanın səbəbinin aydınlaşdırılması tələbilə mitinq gözlənilir.
Rusiya tərəfi Polşaya qəzanın pilotun səhvi ucbatından baş verdiyini göstərən sənədlər
təqdim etsə də bu Varşavanı qane etmir, istintaq hələ də davam edir.
XS
SM
MD
LG