Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:23

BMT Suriyadakı vəziyyətdən narahatdır


BMT-nin baş katibi Ban Ki Moon Suriyada baş verən zorakılıqlardan dərin narahatlığını bildirib.

Şənbə günü Suriyada təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında baş vermiş toqquşmalarda azı 26 adam ölüb.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Milli insan haqları təşkilatının məlumatına görə, onların əksəriyyəti ölkənin cənubundakı
Deraa şəhəri və ətraf kəndlərdə öldürülüb.

Camaat cümə günü öldürülmüş aksiyaçıların dəfninə toplaşarkən polis onlara atəş açıb.

Ölkənin mərkəzi hissəsindəki Homs şəhərində baş vermiş toqquşmada isə azı 2 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG