Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

İran 3 Küveyt diplomatını ölkədən çıxarıb


Buna səbəb İran səfirliyinin 3 əməkdaşının Küveytdən çıxarılması olub.

Küveytin Xarici İşlər Nazirliyi iranlı diplomatları ölkədəki casus şəbəkəsilə əlbir olmaqda ittiham edir.

Küveyt məhkəməsi bu ilin martında 2 İran vətəndaşı və əslən Küveydən olan bir nəfəri casusluq ittihamıyla ölüm hökmünə məhkum edib.

Son aylar İranla bir sıra Fars körfəzi ölkələri arasında münasibətlər kərginləşib.

Ərəb ölkələri İranı onların daxili işlərinə qarışmaqda, xüsusilə də son aylar kütləvi etiraz aksiyaları keçirilən Bəhreyndə şiə müxalifətini dəstəkləməkdə ittiham edirlər.
XS
SM
MD
LG