Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:15

Dövlət Departamentinin hesabatına 2 jurnalistin fərqli baxışı


Tahir Aydınoğlu və Xalid Kazımlı
Tahir Aydınoğlu və Xalid Kazımlı
«Panorama» verilişində suallara «Xalq Qəzeti» nin redaktor müavini Tahir Aydınoğlu və «Yeni Müsavat» qəzetinin veb-saytının redaktoru Xalid Kazımlı cavab verir.

Tahir Aydınoğlu:

«BƏZƏN DEMOKRATİYANI ELƏ ÖZÜNÜ DEMOKRAT ADLANDIRANLAR POZUR»


«Hesabata Azərbaycan rəsmilərinin münasibəti daha önəmli olacaq. Hesabatda bütünlükdə prinsipial məsələlərə prinsipial münasibət bildirilir. Bu, söz azadlığıdır, sərbəst toplaşmaq azadlığıdır. Azərbaycan da bu məsələlərə təminat verəcəyini öz üzərinə götürüb. Azərbaycan təbii ki, inkişaf etmiş ölkələr sırasına qatılmaq istəyir. Azərbaycanda söz azadlığına hüquqi təminat var. Ancaq praktikada söz azadlığı məmur özbaşınalığı ilə üzləşir. Sonra ictimai şüur səviyyəsinin aşağı olması buna mane olur. Bəzən azad tribuna kimlərinsə əlinə düşəndə, onlar qurşaqdan aşağı zərbələr vururlar. Bəzən demokratiyanı elə özünü demokrat adlandıranlar pozur. Eləcə də sərbəst toplaşmaq azadlığına yanaşmaq lazımdır. Azərbaycan kimi müharibə şəraitində olan, çoxlu problemlərə malik, yenicə keçid dövrünü başa vuran ölkələrdə o, arzuedilməz sayılır. Ancaq söhbət bu məsələlərə hakim iradənin münasibətindən gedirsə, o, ümumi götürülə bilməz. Şəxsən prezident bu məsələlərə daha dözümlüdür. Ancaq daha aşağı pillələrdə, tutaq ki, polisdə fundamental azadlıqlara münasibət tədricən dəyişir».

Xalid Kazımlı:


«İSTƏSƏM DÖYƏRƏM, İSTƏSƏM SEVƏRƏM»

«Dövlət Departamentinin hesabatlarında Azərbaycanla bağlı hissədə son illər tənqidin səviyyəsi bir qədər artıb. Bu da təbiidir. Təsəvvür edin. Ötə il seçki ili idi. Bir dəfə də mitinq keçirilmədi. Müxalifət bir neçə dəfə buna cəhd etdi, polis buna imkan vermədi. Hətta müxalifət fəallarını avtobuslara yığıb aparıb 5-6 saat Qobustanda gəzdirdilər. Bu, faktdır və bunu heç kim dana bilməz. Keçən həftə isə aksiyada saxlananlara işgəncələr verildi. Təsəvvür edin. Pənah Hüseyn Baş nazir olub. O, elə işgəncə alıb ki, adam içinə çıxa bilmir. Üz-gözündə qançırların, sıyrıqların çəkilib getməsini gözləyir. Azərbaycan 21-ci əsrin bu çağında qapalı ölkə ola bilməz. Tipik şərq kişilərinə məxsus açıqlama verirlər – «İstəsəm döyərəm, istəsəm sevərəm». Azərbaycan Avropadırsa, özünü Avropaya layiq aparmalıdır...».

XS
SM
MD
LG