Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Bakıda ilin ən böyük təhsil sərgisi açılıb


Aprelin 9-da Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi açılıb.

İki gün davam edəcək sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edir.

Sərgidə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunur.


Sərgidə tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqqında ətraflı məlumatlar verilib.

Həmçinin, təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və digər məsələlərlə bağlı sualları cavablandırıblar.

Sərgidə iştirak edən universitetlərdə illik ödəniş haqqı 5 mindən 25 min ABŞ dollarına qədər dəyişir.

Türkiyənin məşhur «Akare International Education Fairs» şirkəti tərəfindən təşkil olunan sərgi aprelin 10-u saat 18:00-a kimi «Hyatt Regency» otelində keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG