Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:42

Müsavatçının həbs müddəti başa çatsa da, hələ də sərbəst buraxılmayıb


Aprelin 2-də İctimai Palatanın aksiyası zamanı həbs olunan Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin həbs müddəti başa çatsa da, o, hələ də sərbəst buraxılmayıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib.

«Əhəd Məmmədliyə verilən 7 sutkalıq inzibati həbsin müddəti 15:30-da başa çatıb, ancaq ciddi qanun pozuntusuna baxmayaraq, hələ də polis bölməsindən buraxılmayıb».

Ə.Məmmədli Nəsimi rayon Polis İdarəsinin təcridxanasında saxlanılır.

Vəkil məsələ ilə bağlı işi aparan müstəntiqə order təqdim etdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG