Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:05

5 Afrika ölkəsinin lideri Liviyaya gedirlər


5 Afrika ölkəsinin lideri Liviyada hakimiyyətlə silahlı müxalifət arasında vasitəcilik etmək üçün bu ölkəyə yollanacaqlar.

Afrika Birliyini təmsil edən Cənubi Afrika Respublikası, Konqo, Mavritiani, Mali və Uqandanın prezidentləri Tripolidə Muammar Gaddafi, Benqazidə isə üsyançıların liderlərilə görüşəcəklər.

Onlar atəşi dayandırmaq və tərəflər arasında dialoqa nail omaq istəyirlər.
Gaddafi qüvvələri cümə günü üsyançıların əlində olan Misrata şəhərinə hücumu davam etdirib.

Azı 4 dinc sakinin öldüyü xəbər verilir.

Avropa Birliyi şəhərə hümanitar missiya göndərməyə hazır olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG