Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:12

Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü keçiriləcək


Nazirlər Afinada, 1 dekabr 2009
Nazirlər Afinada, 1 dekabr 2009
Yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, belə bir görüşün tezliklə keçiriləcəyi gözlənilir:

«Nazirlərin görüşündən sonra isə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər».

P.Bülbüloğlu həmçinin, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa növbəti səfəri ilə bağlı sualı da cavablandırıb:

«Belə bir fikir var, lakin hələ bu səfəri gerçəkləşdirə bilməmişik». /APA/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG