Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:09
2009-cu ildə Ermənistan Yazıçılar Birliyinin (EYB) sədri Levon Ananyanı devirməyə cəhd etmiş və sonradan birlikdən istefa vermiş bir qrup yazıçı indi mövqeyini dəyişib.

Həmin yazıçıların çoxu bu yaxınlarda yaradılmış Yerevan Yazıçılar Birliyinə üzv olub.

Yeni birliyin sədri Abqar Apinyan son illərdə israrlı şəkildə bildirirdi ki, Ananyan EYB-nin sədrliyini kobud prosedur pozuntuları ilə zəbt edib.

Amma Apinyan aprelin 8-də keçirdiyi mətbuat konfransında deyib ki, EYB ilə münasibələri - “dostluq münasibələridir”.

Yeni birliyə Sərkis Kareyan da daxildir.

O, 2009-cu ildə EYB-nin ümumi yığıncağında sədr Ananyanın adamları tərəfindən döyüldüyünü bildirirdi.

Yeni birliyin sədri Apinyan deyib ki, üzvlük üçün onlara 200 yazıçı müraciət edib, amma onlar kəmiyyətə yox, keyfiyyətə üstünlük verəcəklər.

Publisist və tərcüməçi Ananyan EYB-yə 2001-ci ildən sədrlik edir.

ARMİNFO

Günün bütün mövzuları

XS
SM
MD
LG